Xəbərlər


Cüdoçuların yeni reytinq cədvəli açıqlanıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

"Neftçi İdman Klubu”nun cüdoçularından sonuncu olimpiadanın mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində liderliklərini qoruyublar. Orxan Səfərov (60 kq) siyahıda yenə ikincidirsə, Nicat Şıxəlizadə (66 kq) 12-ci pillədə yer alıb. İlqar Müşkiyevlə (60 kq) Elxan Məmmədovun (100 kq) mövqelərində irəliləmə müşahidə olunub. Belə ki, bu cüdoçularımız hərəyə bir pillə irəliləyiblər və müvafiq olaraq 14-cü və 7-ci sırada qərarlaşıblar. Cədvəldəki mövqeyini qoruyan Məmmədəli Mehdiyev (90 kq) isə yenə də sihayıda 20-cidir.