Xəbərlər


Sumqayıtda cüdo üzrə açıq respublika turniri keçirilib

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə beşinci açıq respublika turniri başa çatıb. Azərbaycan Cüdo Federasiyası və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı, Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin cüdoçuları da mübarizə aparıblar. Yeniyetmə cüdoçular arasında iki gün davam edən turnirə 38 komandadan 335 idmançı qatılıb.
"Neftçi İdman Klubu”nun turnirdə təmsil olunmuş cüdoçularından Firuzə Hacıverdiyeva (+63 kq) qızlar arasında təşkil olunan yarışın gümüş medalına layiq görülüb.