Xəbərlər

“Qaradağ Lökbatan” lideri büdrətdi - VİDEO

I Divizionda XIII turun oyunları keçirilir. Bu tur çərçivəsində "Qaradağ Lökbatan” komandası lider "Turan Tovuz”la üz-üzə gəlib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Futbolçularımız güclü rəqibə qarşı böyük əzm nümayiş etdiriblər. Matçın 15-ci dəqiqəsində Elgiz Kərimlinin vurduğu qolla komandamız önə keçib. Cəmi dörd dəqiqə sonra "Turan Tovuz” hesaba tarazlıq gətirib. Bu dəfə Orxan Lalayev adını tabloya yazdırıb. Komandalar elə bu hesabla da fasiləyə yollanıblar. İkinci hissədə "Qaradağ Lökbatan” hücumlarını davam etdirib və yalnız 63-cü dəqiqədə öz istəyinə çatıb. Rəqibin qapısına təyin edilən onbirmetrlik cərimə zərbəsini Rüfət Məmmədov dəqiq yerinə yetirib – 2:1. Matçın sonuna qədər qarşılıqlı hücumlar davam etsə də, qapılara əlavə top vurulmayıb. Bununla da komandamız mövsümboyu məğlubiyyət üzü görməyən və turnir cədvəlinə başçılıq edən "Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanaraq, birinci dövrənin son oyununda üç xala sahib olub.

“Qaradağ Lökbatan” lideri büdrətdi - VİDEO“Qaradağ Lökbatan” lideri büdrətdi - VİDEO“Qaradağ Lökbatan” lideri büdrətdi - VİDEO