Xəbərlər

“Neftçi İdman Klubu” növbəti dəfə voleybol turniri keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesinin işçiləri arasında voleybol turniri keçirdi. Klubun nəzdində fəaliyyət göstərən İdman Zalı Kompleksində təşkil olunmuş yarışda 7 komanda 2 qrupda mübarizə aparırdı. Noyabrın 21-dən 25-dək davam edən turnirdə "A” qrupunda "Bos Şelf”, "Qaz İxrac” İdarəsi, "28 May” NQÇİ, "Neftqaztikinti” Tresti, "B” qrupunda isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, "Abşeronneft” NQÇİ və Nəqliyyat İdarəsinin komandaları iştirak edirdilər.

Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların fiziki hazırlıq və kütləvi idman vərdişlərinin davam etdirilməsi, neftçilər arasında bədən tərbiyəsinin kütləviliyinin inkişafı və sahə həmkarlar ittifaqlarının respublika spartakiadasına yığma komandanın komplektləşdirilməsi idi.

Yarışın həlledici final qarşılaşmasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsini 2:0 hesabı ilə məğlub edən "Bos Şelf” komandası turnirin qalibi adını qazandı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, "Qaz İxrac” İdarəsi isə 3-cü yerə çıxdı.

Turnirdə 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalar "Neftçi İdman Klubu” tərəfindən diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

“Neftçi İdman Klubu” növbəti dəfə voleybol turniri keçirdi“Neftçi İdman Klubu” növbəti dəfə voleybol turniri keçirdi“Neftçi İdman Klubu” növbəti dəfə voleybol turniri keçirdi“Neftçi İdman Klubu” növbəti dəfə voleybol turniri keçirdi