Xəbərlər


Güləşçimiz “Qızıl Qran-pri”də medal qazandı

Noyabrın 24-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə start verilib. Sayca doqquzuncu dəfə təşkil olunan yarışda 50-dən çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Proqrama əsasən, turnirin ilk günündə sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçi, 74 kq çəki dərəcəsində çıxış edən Murad Süleymanov "Qızıl Qran-pri” turnirinin bürünc medalına sahib olub.

Qeyd edək ki, mötəbər turnirə noyabrın 26-da yekun vurulacaq.