Xəbərlər


Taekvondoçumuz Kanadadan bürünc medalla dönür

Kanadanın Burnabi şəhərində keçirilən gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub. 102 ölkədən 846 idmançının mübarizə apardığı yarışda Azərbaycan 14 taekvondoçu ilə təmsil olunub.

"Neftçi İdman Klubu”nun yığmanın heyətində yer almış atletlərindən Ələsgər Əliyev (68 kq) dünya birinciliyinin bürünc medalına yiyələnib. Gündüz Abdullayevin yetirməsi rəqibləri Qabriel Nascimento da Silva (8:6), Qriqoriospanagiotis Kasidiaris (3:1) və Vesley Maranı (12:0) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə taekvondoçumuz Konstantin Kosteneviçlə bacara bilməyib və yarışı üçüncü yerdə tamamlayıb.