Xəbərlər


Pankrationçularımız dünya çempionatında 5 medal qazandılar

İtaliyanın Eboli şəhərində təşkil olunan pankration üzrə dünya çempionatı sona çatıb. Azərbaycan idmançıları 43 ölkənin təmsilçilərinin qatıldığı mötəbər yarışda 3-ü qızıl və 2-si gümüş olmaqla ümumilikdə 5 medala sahib olublar.

Dünya çempionatının finalına yüksəlmiş beş pankrationçunun hamısı "Neftçi İdman Klubu”nun yetirmələridir. İdmançılarımızdan Pərviz Qasımov (53 kq), Ömər Mutayev (78 kq) və Amil Məhərrəmli (85 kq) bütün döyüşləri qalibiyyətlə başa vuraraq dünya çempionu adını qazanıblar. 93 kq çəki dərəcəsində mübarizə aparan Seymur Quliyev isə dünya ikincisi olub. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışmada isə klubun təmsilçisi Xəyalə Əsgərova (57 kq) yalnız həlledici final qarşılaşmasında məğlubiyyət acısı yaşayıb və mundialın gümüş medalına layiq görülüb.