Xəbərlər


Vurulan dörd topla hərəyə bir xal

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XII turun oyunlarına start verilib. MOİK (Mərkəzi Ordu İdman Klubu) Bayıl stadionunda "Qaradağ Lökbatan” komandasını qəbul edib. Turnir cədvəlində qonşu olan bu komandalar arasında oyunun gərgin keçəcəyi əvvəlcədən bəlli idi. Belə ki, qapılara vurulan dörd topa baxmayaraq, komandalar hərəyə bir xalla kifayətləndilər. Oyunun birinci hissəsində meydan sahibləri 15-ci dəqiqədə Məhəmməd Bədəlbəylinin vurduğu topla hesabı açsalar da, 27-ci dəqiqədə "Qaradağ Lökbatan”ın yarımmüdafiəçisi Emin Mustafayev hesaba tarazlıq gətirdi. Vurulan bu qoldan sonra komandamız ilk yarının son saniyələrində (45+1) Mübarək Şahquliyevin qolu ilə hesabda önə keçdilər və bu üstünlüklə də fasiləyə yollandılar. İkinci hissədə oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, yalnız bir dəfə, 57-ci dəqiqədə Ramil Orucov fərqlənə bildi. Beləliklə də, XII turun oyunlarından sonra "Qaradağ Lökbatan” komandası turnir cədvəlindəki mövqeyini qorudu.

Vurulan dörd topla hərəyə bir xalVurulan dörd topla hərəyə bir xalVurulan dörd topla hərəyə bir xalVurulan dörd topla hərəyə bir xal
Vurulan dörd topla hərəyə bir xal
Vurulan dörd topla hərəyə bir xal