Xəbərlər


Ağır atletimiz çempion oldu

Şimal Dres qəsəbəsində yerləşən "Şüvəlan” Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan kuboku yarışına yekun vurulub. Kubok yarışının coğrafiyasının böyüklüyü regionlarımızda fəaliyyət göstərən klub və idman cəmiyyətlərinin bu yarışa daha çox atletlə qatılmasına şərait yaratmışdır. 200-ə yaxın atletin çıxış etdiyi bu yarışda "Neftçi İdman Klubu”nun atletləri də iştirak ediblər.

Yarışın sonuncu günü 105 kq-a qədər və 105 kq-dan çox olan atletlər körpücük üzərinə çıxıblar. Gənclər arasında gərgin keçən yarışın qalibi Asxab Kolayev (+105 kq) birdənqaldırma yarışmasında 120 kq və təkanla qaldırmada isə 140 kq ağırlığın öhdəsindən gələrək, toplam çəkidə 260 kq olmaqla qızıl medala sahibi olub.

Ağır atletimiz çempion olduAğır atletimiz çempion olduAğır atletimiz çempion oldu