Xəbərlər


Samboçumuzun dünya çempionatından medalı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən dünya çempionatında "Neftçi İdman Klubu”nun idmançısı Emil Həsənov (68 kq) uğuruyla yadda qalıb. Çempionatda 8 idmançı ilə iştirak edən samboçular arasında yığma komandamızın şərəfini qoruyan pəhləvanımız finala qədər əzm və iradə nümayiş etdirib. Yalnız finalda qızıl medal uğrunda rusiyalı Nikita Kletskoya məğlub olan atletimiz çempionatın gümüş medalına sahib olub.

Xatırladaq ki, dünya çempionatında ölkəmizi hakim qismində təmsil edən Cabir İsmayılov "Neftçi İdman Klubu”nun məşqçi-müəllimidir.