AFFA-nın
müxtəlif liqalarda təşkil etdiyi ölkə çempionatında növbəti turun oyunları
keçirilib. Ayrı-ayrı yaş qruplarında mübarizə aparan kiçikyaşlı futbolçularımız
nümayiş etdirdikləri əzmkarlıqla tərəfdarlarına böyük sevinc bəxş ediblər. Belə
ki, klubun yetirmələri iştirak etdikləri 8 qarşılaşmanın hamısını qələbə ilə
yekunlaşdırıblar. Komandalarımız bu turda aşağıdakı nəticələrə imza atıblar:
U-10
Liqası: Neftçi İK-Sərhədçi 6:2
U-11
Liqası: Neftçi İK-Dortmund Bakı FK 18:1
Neftçi
İK (Siyəzən)-ŞKGB 3:0
U-12
Liqası: Bakı FK-Neftçi İK 0:3
Coca-Cola
U-13 Liqası: Neftçi İK-Qarabağ FK 5:1
U-14
Liqası: Neftçi İK (Neftçala)-Muğan PFK 3:1
Boulevard
Hotel U-15 Liqası: İnter PİK-Neftçi İK 0:1
U-16
Liqası: Ağsu FK-Neftçi İK 1:2