Xəbərlər


Hidayət Heydərov Avropa çempionu oldu

İsrailin Təl-Əviv şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. 40 ölkədən 321 cüdoçunun (190 oğlan, 131 qız) mübarizə apardığı mötəbər yarışa Azərbaycan millisi 9 idmançı ilə qatılıb və qitə birinciliyinin 2 medalını (1 qızıl, 1 bürünc) qazanıb.

Qızıl medalı ölkəmizə "Neftçi İdman Klubu”nun yetirməsi, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb. Cüdoçumuz onaltıdabir finalda kiprli Çarilaos Hadjiadamounu ipponla məğlub edib. Növbəti mərhələlərdə Belçika idmançısı Loic Demierbe, kosovalı Akil Qjakova və rusiyalı Sayan Öndər üzərində inamlı qələbə qazanan Heydərov finala yüksəlib. Həlledici görüşdə yerli idmançı Tohar Butullanı da ippon fəndi ilə məğlubiyyətə uğradan gənc cüdoçumuz Avropa çempionu adına sahib olub.