Xəbərlər


Cüdoçularımız reytinq cədvəlində irəliləyiblər

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Siyahını "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu hesab etmək olar. Belə ki, Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində liderliklərini davam etdirirlər. Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci pillədə qərarlaşıb. Əbu-Dabidə keçirilən "Böyük dəbilqə” turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) bir qədər irəliləyərək 7-ci sıraya yüksəlib. Nicat Şıxəlizadə (66 kq) də öz çəkisində eyni pillədə qərar tutub. İlqar Müşkiyev (60 kq) mövqeyini xeyli yaxşılaşdıraraq 13-cü pilləyə qalxıb. Digər cüdoçumız Məmmədəli Mehdiyev (90 kq) isə 20-ci sıradadır.