Xəbərlər


İdmançılarımız Balakəndə keçirilən respublika birinciliyində uğurla çıxış etdilər

Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında uşu-sanda üzrə Azərbaycan Birinciliyi keçirilib. Yarışda respublikanın 20 şəhər və rayonundan 165 idmançı qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun təmsilçilərindən Natiq Əlili (21 kq), Amin Əlili (24 kq) və Hamza Rəsulzadə (27 kq) uşu-sanda və muay-tay yarışlarının hər ikisində çempion adını qazanıblar. Uşu-sanda yarışında daha iki idmançımız nailiyyət qazanıb. Onlardan Əli Məmmədov (36 kq) qızıl, Vüqar Ramazanov (33 kq) isə gümüş medala sahib olub.