Xəbərlər


Voleybol komandamız liderliyə yüksəldi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında I dövrəyə yekun vurulub. Naxçıvan Olimpiya Kompleksində təşkil olunan yarışın V turunda "Neftçi İdman Klubu”nun komandası "Naxçıvan”la üz-üzə gəlib. Voleybolçularımız sonuncu rəqibini də 3:0 (25:16, 25:18, 25:17) hesabıyla məğlub ediblər. Beş qarşılaşmanın hamısını qələbə ilə başa vuran komandamız hazırda 15 xalla turnir cədvəlinə liderlik edir.

Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarışda növbəti iki dövrənin dekabr və fevral aylarında keçirilməsi nəzərdə tutulub. Yekunda ilk "dördlük” mart ayında keçiriləcək yarımfinala vəsiqə qazanacaq. Final qarşılaşması isə apreldə gerçəkləşəcək.