Xəbərlər


“Qaradağ Lökbatan” qələbə qazandı

Futbol üzrə Azərbaycan I Divizionunda IX turun oyunlarına start verilib.

"Qaradağ Lökbatan” bu tur çərçivəsində Şəmkirin eyniadlı komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada gərgin idman mübarizəsi müşahidə olunub. Oyunda cəmi bir dəfə qol səsi eşidilib. 70-ci dəqiqədə Sabir Allahquliyev "Qaradağ Lökbatan”ı önə çıxarıb –1:0. Matç elə bu hesabla da başa çatıb.