Xəbərlər


Kikboksçularımız Avropa çempionatından medallarla dönürlər

Sloveniyanın Maribor şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı sona yetib.

Klubumuzun milli komandanın heyətində təmsil olunmuş kikboksçularından Anar Əhmədov (51 kq, K1 kontakt) və Çingiz Əhmədzadə (51 kq, lou-kontakt) yalnız final döyüşündə məğlub olaraq qitə çempionatının gümüş medalına layiq görülüblər. Elşad Ələsgərov (54 kq, K-1 kontakt) isə bürünc medalla kifayətlənib.

Veteranlar arasında təşkil olunan yarışda isə Sadıq Bağırov 3-cü yeri tutub.

Kikboksçularımız Avropa çempionatından medallarla dönürlər
Kikboksçularımız Avropa çempionatından medallarla dönürlər