Xəbərlər


Təmsilçilərimizdən daha 15 medal

Oktyabrın 28-də Hövsan Olimpiya İdman Kompleksində start götürmüş MMA üzrə Bakı şəhər açıq kubokuna yekun vurulub. Turnirdə 20 komandanın tərkibində 200-ə yaxın idmançı yarışıb.

"Neftçi İdman Klubu”nun yetirmələri də paytaxt yarışının kuboku uğrunda mübarizəyə qoşulublar. Təmsilçilərimiz 4-ü qızıl, 3-ü gümüş və 8-i bürünc olmaqla 15 medala sahib çıxıblar. Onlardan Teymur Məmmədov (42 kq), Məhəmmədəli Hüseynov (66 kq), Yolqulu Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) bütün döyüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Təmsilçilərimizdən daha 15 medalTəmsilçilərimizdən daha 15 medal