Serbiyanın
paytaxtı Belqradda gənclər arasında taekvondo üzrə "Serbia Open” beynəlxalq
turniri keçirilib. G1 kateqoriyalı yarışda Azərbaycan yığma komandası 12
idmançı ilə təmsil olunub. Milli komandamız turnirin 1 qızıl, 3 gümüş və 2
bürünc medalına sahib olub.
"Neftçi
İdman Klubu”nun yığmanın heyətində yer almış taekvondoçusu Ələsgər Əliyev (68
kq) finala qədər irəliləməyə nail olub. Həlledici mərhələdə məğlub olan
idmançımız "Serbia Open” turnirinin gümüş medalına yiyələnib.