Xəbərlər


Orxan Səfərov və Nicat Şıxəlizadə Almaniya çempionu oldular

"Neftçi İdman Klubu”nun cüdoçuları Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) "Hamburq” klubunun heyətində Almaniya çempionatının qalibi adını qazanıblar. Final qarşılaşmasında idmançılarımızın təmsil olunduğu "Hamburq” Münhenin "Qrossadern” klubu ilə üz-üzə gəlib və rəqibini 7:6 hesabı ilə məğlubiyyətə uğradıb. Klublararası ölkə çempionatında hər iki cüdoçumuz keçirdikləri bütün görüşləri qələbə ilə başa vurublar.