Xəbərlər


Kikboksçularımız Avropa çempionatının finalında

Sloveniyanın Maribor şəhərində kikboksinq idman növünün WAKO versiyası üzrə Avropa çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun milli komandanın heyətində yer almış kikboksçularından Çingiz Əhmədzadə (51 kq) lou-kontakt, Anar Məmmədov (51 kq) isə K-1 kontakt versiyasında uğurla çıxış edərək finala vəsiqə qazanıb. Final görüşləri oktyabrın 29-da baş tutacaq.

Qeyd edək ki, kikboksçularımız üç aydan çoxdur ki, klubumuzun bu idman növü üzrə baş məşqçisi, əməkdar məşqçi Ehram Məcidovun rəhbərliyi altında təlim-məşq toplantısı keçiblər.