Xəbərlər


Samboçularımızdan 17 medal

Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında keçirilən sambo üzrə açıq Bakı birinciliyi sona çatıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 110 idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun gənc samboçuları böyük əzmkarlıq nümayiş etdiriblər və ümumilikdə paytaxt birinciliyinin 17 medalına (5 qızıl, 5 gümüş, 7 bürünc) sahib çıxıblar. Təmsilçilərimizdən Sabir Ağayev (48 kq), Rəşad Dünyamalıyev (57 kq), Elton Quliyev (68 kq), Elvin Cəlilov (74 kq) və Zöhrab Qurbanov (82 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.