Xəbərlər


Güllə atıcılarımız 2 medal qazanıblar

Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XII Bakı şəhər açıq turnirinə yekun vurulub. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 60-a yaxın idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun turnirə qatılmış güllə atıcılarından Leyla Mirzəzadə 10 metr məsafəyə pnevmatik tapançadan çalışmada 364 xal toplayaraq bürünc medal qazanıb. Kişilər arasında isə Vladislav Kalmıkov eyni məsafəyə atəşaçma yarışlarında (PTÇ-3) 542 xalla turniri 3-cü yerdə başa vurub.

Güllə atıcılarımız 2 medal qazanıblarGüllə atıcılarımız 2 medal qazanıblarGüllə atıcılarımız 2 medal qazanıblar