Xəbərlər


Şaolin-sanda üzrə Bakı birinciliyi keçirilib

Bakı şəhər 111 saylı orta məktəbdə şaolin-sanda idman növü üzrə paytaxt birinciliyi keçirilib. 2002-2007-ci illər təvəllüdlü atletlər arasında təşkil olunan yarışda 20 komandanın tərkibində 120-yə yaxın idmançı qüvvəsini sınayıb.

Klubumuzun yetirmələri paytaxt birinciliyinin 15 medalına (8 qızıl, 4 gümüş, 3 bürünc) sahib olublar və komanda hesabında liderliyə yüksəliblər. İdmançılarımızdan Məhəmməd Həşimov (28 kq), Nihad Quliyev (30 kq), Xəzər Xanmirzəyev (32 kq), Ziya Məmmədov (34 kq), Rahib İbrahimov (38 kq), İsmayıl Zeynalov (52 kq), Rəşad Qəhrəmanov (56 kq) və Amil Şiriyev (63 kq) bütün rəqiblərini məğlub edərək çempion adını qazanıblar.

Şaolin-sanda üzrə Bakı birinciliyi keçirilibŞaolin-sanda üzrə Bakı birinciliyi keçirilibŞaolin-sanda üzrə Bakı birinciliyi keçirilib