Xəbərlər


“Qaradağ Lökbatan” “Rəvan”ı məğlub etdi

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda yeddinci turun oyunları keçirilib.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” komandası "Rəvan”ı qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşma futbolçularımızın aşkar üstünlüyü ilə müşayiət olunub. 8-ci dəqiqədə Əliqulu Manafov, 21-ci dəqiqədə isə Məhəmməd Alıyev rəqib qapısının torunu silkələyib. 35-ci dəqiqədə "Rəvan”ın futbolçusu Elvin Əliyev hesab arasındakı fərqi birə endirib – 2:1. Fasilədən sonra təzyiqi bir qədər də artıran komandamız daha iki qola imza atıb. 53-cü və 61-ci dəqiqələrdə Sabir Allahquliyev rəqibi məyus edib. Beləliklə, qarşılaşma "Qaradağ Lökbatan”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.