Xəbərlər


Səmti müəyyən etmə üzrə ölkə çempionatı keçirilib

Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə açıq Azərbaycan çempionatına yekun vurulub. Yarışda müxtəlif sahələri təmsil edən qurumlardan 16 komandanın tərkibində 260-dan çox idmançı bacarığını nümayiş etdirib.

Klubumuzun yetirmələrindən Yekaterina Yakovleva qadınlar arasında marşrutun uzunluğu 4,8 km olan və 10 nəzarət məntəqəsini əhatə edən yarışda gümüş medala sahib olub. Natali Skorik isə yeni başlayan idmançılar üçün müəyyən olunmuş "Open” kateqoriyasında eyni uğura imza atıb.

Qeyd edək ki, "Neftçi İdman Klubu” komanda hesabında ikinci yerə sahib olub.

Səmti müəyyən etmə üzrə ölkə çempionatı keçirilibSəmti müəyyən etmə üzrə ölkə çempionatı keçirilibSəmti müəyyən etmə üzrə ölkə çempionatı keçirilib