Xəbərlər


Rüstəm Orucov və Elmar Qasımov yenə liderdirlər

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Yeni siyahıda "Neftçi İdman Klubu”nun cüdoçularından ən yaxşı göstəricilər yenə Olimpiya mükafatçılarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımova (100 kq) məxsusdur. Hər iki cüdoçumuz öz çəki dərəcələrində liderdilər. Klubun digər yetirmələri Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elxan Məmmədov (100 kq) da mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci və 19-cu pillədə qərarlaşıblar. Nicat Şıxəlizadə (66 kq) isə bir rəqibini arxada qoyaraq 8-ci pillədən 7-yə yüksəlib.