Xəbərlər


Gənc cüdoçularımız Azərbaycan birinciliyində

Oktyabrın 12-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürmüş 23 yaşadək gənclər arasında cüdo üzrə respublika birinciliyinə yekun vurulub. 49 komandanın tərkibində 270 cüdoçunun (231 oğlan, 39 qız) mübarizəyə qoşulduğu yarışda "Neftçi İdman Klubu” 47 idmançı ilə təmsil olunub.

Klubumuzun cüdoçularından 66 kq çəki dərəcəsində çıxış edən Murad Heydərli və Aslan Mirzəyev (90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıblar. Yalnız finalda məğlub olan Famil Məmmədzadə (66 kq), Samir Ağayev (81 kq) və Azər Yaqubov (90 kq) gümüş medala layiq görülüblər. Fərid Qardaşxanov, Ağabəy Ağazadə (hər ikisi 60 kq), Qnyaz Mahmudlu (66 kq), Murad Fətiyev (73 kq) və Hüseyn Rəhimli (81 kq) isə yarışı 3-cü yerdə başa vurublar.

Klubumuzu yarışda təmsil edən xanım idmançılardan Nəzakət Əzizova (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ülviyyə Bayramova (48 kq), Məleykə Məmmədova (52 kq), Nigar Cəfərova (+78 kq) gümüş, Şəhla Babayeva (48 kq), Fatimə Hüseynova (52 kq), İlahə Əhlimanova (57 kq) və Fidan Hüseynova (63 kq) isə bürünc medala sahib olublar.