Xəbərlər


“Qaradağ Lökbatan” səkkizdəbir finalda

Bu gün futbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start verilib. Turnirin 1/16 final mərhələsinin oyunları çərçivəsində "Qaradağ Lökbatan” Şəmkirdə eyniadlı komandanın qonağı olub. Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada matçın ilk yarısı 1:1 hesablı bərabərliklə başa çatıb. Oyunun 43-cü dəqiqəsində Rüfət Məmmədovun vurduğu qolla komandamız önə çıxıb. Birinci hissənin sonuncu dəqiqəsində rəqib hesabı bərabərləşdirib. Qarşılaşmanın taleyinə oyunun əsas vaxtına əlavə olunmuş artırma dəqiqələrində aydınlıq gəlib. Bəxtiyar Soltanov "Qaradağ Lökbatan”ın qələbə qoluna imza atıb (90+1) və komandasını səkkizdəbir finala daşıyıb.

Qeyd edək ki, "Şəmkir” komandasını məğlub edən "Qaradağ Lökbatan”ın səkkizdəbir finaldakı rəqibi "İnter” klubu olacaq.