Xəbərlər


Velosiped idmanı üzrə respublika birinciliyi keçirilib

Oğuz rayonunda yeniyetmə və gənc velosipedçilər arasında keçirilən çoxgünlük ötüşmələr üzrə açıq Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda ölkədə fəaliyyət göstərən klub və cəmiyyətlərdən 100-ə yaxın idmançı, həmçinin Gürcüstandan olan 10 velosipedçi bacarığını nümayiş etdirib.

Üç gün davam edən respublika birinciliyində gənclər arasında təşkil olunan yarışlarda "Neftçi İdman Klubu”nun velosipedçisi Telman Vəliyev 90 kilometrlik marşrutu 2 saat 28 dəqiqə 58 saniyəyə başa vurub. İdmançımız üç mərhələnin yekununa əsasən Azərbaycan birinciliyinin qalibi adını qazanıb.

Velosiped idmanı üzrə respublika birinciliyi keçirilibVelosiped idmanı üzrə respublika birinciliyi keçirilibVelosiped idmanı üzrə respublika birinciliyi keçirilib