Xəbərlər


Ülvi Qənizadə dünya üçüncüsü oldu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə güləşçilərin dünya birinciliyi davam edir.

Birinciliyin ilk iki günündə yunan-Roma güləşçiləri meydana çıxıblar. Azərbaycan pəhləvanları yarışı 3 bürünc medalla başa vurublar. Mükafatçılardan biri, 69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə "Neftçi İdman Klubu”nu təmsil edir. İdmançımız ilk görüşdə Rusiya güləşçisi Aleksandr Komarovla üz-üzə gəlib və məğlub olub. Rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşlərdə ardıcıl olaraq qırğızıstanlı Konobay Saginbekov və Türkmənistan təmsilçisi Eduard Şaqinyan üzərində inamlı qələbə qazanan Qənizadə bürünc medal uğrunda görüşə çıxıb. Türkiyəli Kerim Yılmazla gərgin mübarizədən qalib ayrılan güləşçimiz dünya birinciliyinin bürünc medalına yiyələnib.