Xəbərlər


“Neftçi İdman Klubu”nun yetirmələri 9 ayda 912 medal qazanıblar

"Neftçi İdman Klubu”nun təmsilçiləri ilin doqquz ayı ərzində göstərdikləri əzmkarlıq sayəsində böyük uğurlara imza atıblar. İdmançılarımız bu müddət ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq 341-i qızıl, 258-i gümüş və 313-ü bürünc olmaqla, ümumilikdə 912 medala sahib olublar. Klubun təmsilçiləri Rio de Janeyro Yay Olimpiya Oyunlarında 5 (3 gümüş, 2 bürünc), Rio Paralimpiadasında isə 8 (1 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar. İdmançılarımız dünya yarışlarında 18 (7 qızıl, 6 gümüş, 5 bürünc), Avropa yarışlarında 88 (34 qızıl, 13 gümüş, 41 bürünc), beynəlxalq turnirlərdə isə 193 medala (70 qızıl, 63 gümüş, 60 bürünc) yiyələniblər. Respublika yarışlarında 288 medal (113 qızıl, 73 gümüş, 102 bürünc) əldə edən atletlərimiz, paytaxt yarışlarında 192 (62 qızıl, 62 gümüş, 68 bürünc), digər yarışlarda isə 120 medala (54 qızıl, 32 gümüş, 34 bürünc) sahib olublar.