Xəbərlər


Rüstəm Orucov və Elmar Qasımov reytinq cədvəlində liderliklərini qoruyublar

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Oktyabr ayı üçün açıqlanan siyahını "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu hesab etmək olar. Belə ki, cüdoçularımızdan Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə öz çəkilərində liderliklərini qoruyublar. Klubun digər cüdoçularına gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) isə 19-cu sırada qərarlaşıb.