Xəbərlər


Aşağı yaş qruplarında 2016-2017 mövsümünə start verildi

AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, U-13 və U-14 liqalarında 2016/2017 futbol mövsümünə start verilib.

"Neftçi İdman Klubu” bütün yaş qrupları üzrə bu liqalarda təmsil olunur. Mövsümün ilk turunda kiçikyaşlı futbolçularımız yaxşı təsir bağışlamaqla yanaşı, həm də beş qarşılaşmanın üçündən qalib ayrılıblar. Komandalarımızın oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

U-10 Liqası: Neftçi İK – Zirə FK 13:0

U-11 Liqası: Rəvan FK – Neftçi İK 1:3

U-12 Liqası: Neftçi İK – Əlincə 0:0

Coca-Cola U-13 Liqası: Neftçi İK – Qəbələ İK 1:0

U-14 Liqası: Neftçi İK – Neftçi PFK 0:3