Xəbərlər


Taekvondoçumuz “Russian Open” turnirinin qalibi oldu

Moskvada Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil olunan "Russian Open” beynəlxalq turniri başa çatıb.

Gənclər arasında keçirilən yarışda "Neftçi İdman Klubu”nun yığma komandada təmsil olunan taekvondoçusu, 68 kq çəkidə çıxış edən Əliəsgər Əliyev böyük uğura imza atıb. İdmançımız keçirdiyi bütün döyüşlərdə inamlı qələbə qazanaraq turnirin qızıl medalına yiyələnib.