Xəbərlər


Eltac Səfərli Böyük Britaniyaya yollanacaq

Oktyabrın 1-dən 9-dək Böyük Britaniyada "İsle of Man İnternational Masters” beynəlxalq şahmat turniri keçiriləcək. "Chess.com” saytının iştirakı ilə təşkil edilən turnirin Birtaniya adaları tarixində unudulmaz hadisə olacağı gözlənilir.

Müxtəlif ölkələrdən bir neçə güclü qrossmeysterin qatılacağı yarışda "Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli də bacarığını nümayiş etdirəcək.