Xəbərlər


Güləşçimiz dünya ikincisi oldu

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında keçirilən güləş üzrə dünya birinciliyi sona çatıb.

"Neftçi İdman Klubu”nun 69 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Ülvi Qənizadə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Finala qədər irəliləməyi bacaran güləşçimiz, bu yolda ardıcıl olaraq İran, Özbəkistan, Gürcüstan və Türkiyə təmsilçilərini məğlubiyyətə uğradıb. Həlledici mərhələdə Ülvi Qənizadə Qırğızıstan idmançısı ilə gərgin keçən qarşılaşmadan məğlub ayrılıb və dünya birinciliyinin gümüş medalını qazanıb.

Güləşçimiz dünya ikincisi olduGüləşçimiz dünya ikincisi olduGüləşçimiz dünya ikincisi oldu