Xəbərlər


Klubumuzun paralimpiyaçıları Rioda 8 medal qazandılar

Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri bu mötəbər yarışın daha iki medalına sahib olublar. Üzgüçümüz Dmitri Saley 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının finalında 24,29 saniyə nəticə göstərərək gümüş medal qazanıb.

Xatırladaq ki, Dmitri Saleyin qoşulduğu təsnifat mərhələsində 19 üzgüçü 3 qrupda mübarizə aparıb. İlk qrupda çıxış edən idmançımız 24,40 saniyə nəticə ilə birinci olub.

Üzgüçümüz bundan əvvəl Rio Paralimpiadasında 100 metrə brass üsulu ilə üzmə yarışlarında da gümüş medala yiyələnmişdi.

Klubun digər idmançısı İradə Əliyeva da eyni uğuru təkrarlayıb. Atletimiz nizə atma idman növündə 42.58 metr nəticə göstərərk 2-ci yerə çıxıb.

Qeyd edək ki, Azərbaycan paralimpiya komandası 170-dək ölkədən 4000-dən çox idmançının qatıldığı bu mötəbər yarışda 1-i qızıl, 8-i gümüş və 2-si bürünc olmaqla ümumilikdə 11 medal qazanıb ki, onlardan da 8-i "Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur.

Klubumuzun paralimpiyaçıları Rioda 8 medal qazandılarKlubumuzun paralimpiyaçıları Rioda 8 medal qazandılar