Xəbərlər


Neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasına yekun vuruldu

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə sentyabrın 5-də startı verilmiş neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasına yekun vuruldu. 29 komandanın mübarizə apardığı bu mötəbər yarışa 14 idman növü üzrə (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) 1241 iştirakçı qatılmışdı ki, onlardan da 235-i qadınlar idi. Yarışlar Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük növündə isə «Start» İdman Kompleksində keçirildi.

Heydər Əliyev adına Neft Emalı Zavodu ümumi komanda hesabında XXIV Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri İdarəsi 2-ci, Nəqliyyat İdarəsinin komandası isə 3-cü yeri tutdu.

Qaliblər "Neftçi İdman Klubu”nun diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Bununla da neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasına yekun vuruldu.