Xəbərlər


Daha bir paralimpiyaçımız Rioda medal qazandı

Rio de Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunları davam edir.

"Neftçi İdman Klubu”nun üzgüçüsü Roman Saley 100 metr məsafəyə arxasıüstə üsulla üzmə yarışlarının final mərhələsində 1:00.91 dəqiqə nəticə göstərərək Rio Paralimpiadasının gümüş medalına yiyələnib.

Klubun digər paralimpiyaçısı, 200 metr məsafəyə kompleks üsulla üzmə yarışlarının gümüş medalçısı Dmitri Saley isə yarışı 6-cı pillədə başa vurub.

Xatırladaq ki, daha öncə klubun cüdoçularından Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş və Rövşən Səfərov (81 kq) bürünc, atletika yarışlarında Kamil Əliyev, üzgüçülük idman növündə isə Dmitri Saley gümüş medallara sahib olmuşdular.

Daha bir paralimpiyaçımız Rioda medal qazandıDaha bir paralimpiyaçımız Rioda medal qazandı