Xəbərlər


İdmançılarımız Almaniyadan qələbə ilə qayıtdılar

Almaniyanın Bad Kissingen şəhərində kombat döyüş növləri üzrə keçirilən üçüncü dünya çempionatı sona çatıb. "Neftçi İdman Klubu”nun dörd idmançısı klubun baş məşqçisi Rafət Əsədovun rəhbərliyi ilə bu yarışda yığma komandanın tərkibində Azərbaycanı təmsil edirdilər. Fərəhli haldır ki, idmançılarla yanaşı məşqçi özü də iştirak etdiyi bu çempionatda fərqlənmişdir. Belə ki, məşqçi Rafət Əsədov K-1 versiyasında Hindistan və Almaniyanı təmsil edən idmançıları məğlub edərək fəxri kürsünün yüksək pilləsinə sahib olmuş və turnirin çempionu adına layiq görülmüşdür. Professional kəmər uğrunda döyüşdə isə Tayland idmançısını məğlub edən Əsədov dünya kəmərinə də sahib çıxmışdır.

Belə ki, klubun digər idmançısı Samir Salmanov professional döyüşdə italiyalı rəqibini məğlub edərək kəməri belinə taxmağa müvəffəq olub. Digər döyüşçülər kikboksinq döyüş növləri üzrə Tural Cavadov ikinci, Vüqar İmanov isə üçüncü yerlə kifayətlənmişlər.

İdmançılarımız Almaniyadan qələbə ilə qayıtdılarİdmançılarımız Almaniyadan qələbə ilə qayıtdılarİdmançılarımız Almaniyadan qələbə ilə qayıtdılar