Xəbərlər


Spartakiadanın dörd günü arxada qaldı

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadası davam edir. Artıq yarışların dördüncü günü arxada qaldı. Xəbər verdiyimiz kimi, 14 idman növü üzrə keçirilən spartakiadada atletika və üzgüçülük yarışları başa çatmışdı.

Bu gün isə şahmat, dama, eləcə də qadınlar arasında keçirilən voleybol və stritbol yarışlarına yekun vurulub. Şahmat yarışında "Azəriqaz” İstehsalat Birliyinin komandası qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi 2-ci, "Qaz İxrac” İdarəsinin kollektivi isə 3-cü yeri tutub. Dama idman növündə Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi və "Neftqaztikinti” Trestinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər.

Qadınların stritbol yarışında da Heydər Əliyev adına NEZ-in komandası birinci olub. Finalda bu komandaya məğlub olan Neft Kəmərləri İdarəsi 2-ci pillədə qərarlaşıb. "Azərkimya” İB isə 3-cü yerlə kifayətlənməli olub. Zərif cinsin nümayəndələri arasında təşkil olunan voleybol yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası yenidən liderliyə yüksəlib. "Azərkimya” yarışı 2-ci, Neft Kəmərləri İdarəsinin komandası isə 3-cü yerdə başa vurub.

Qeyd edək ki, mini-futbol, stritbol və voleybol yarışları davam edir. Sabah isə daşqaldırma, darts, kəndirdartma, stolüstü tennis, nərd, qolgücü və güllə atıcılığı idman növləri üzrə yarışlara start veriləcək.

Spartakiadanın dörd günü arxada qaldıSpartakiadanın dörd günü arxada qaldıSpartakiadanın dörd günü arxada qaldı
Spartakiadanın dörd günü arxada qaldı
Spartakiadanın dörd günü arxada qaldı
Spartakiadanın dörd günü arxada qaldı
Spartakiadanın dörd günü arxada qaldı
Spartakiadanın dörd günü arxada qaldı
Spartakiadanın dörd günü arxada qaldı