Xəbərlər


Neftçi İdman Klubunun güləşçisi dünya ikincisi oldu

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında dünya birinciliyi start götürüb. Yarışda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.

Birincilikdə əvvəlcə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. "Neftçi İdman Klubu”nun 60 kq çəkidə çıxış edən təmsilçisi Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq Cənubi Afrika Respublikası (Jan Lorens Kombrink), Ermənistan (Taron Dumoyan), Gürcüstan (Levanin Kavjaradze), Yaponiya (Kavan Masuto) idmançıları üzərində inamlı qələbə qazanıb və finala vəsiqə əldə edib. Bu mərhələdə rusiyalı Sergey Emilinə uduzan Kərim dünya birinciliyinin gümüş medalına sahib olub.