Xəbərlər


XXIV Spartakiada davam edir

Neftçilər günü münasibətilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadası davam edir. Artıq üzgüçülük və atletika növlərində qaliblər müəyyənləşib. 100 m məsafəyə qaçış yarışında "Azərkimya”nı təmsil edən Vüqar Abdullayev hamıdan sürətli olaraq finiş xəttinə birinci çatıb. "28 May Neftqazçıxarma İdarəsi”nin təmsilçis Elvin Həsənov ikinci, ”Azərkimya İctimai Birliyi”nin üzvü Ramil Ağayev üçüncü yeri tutublar.

Vüqar Abdullayev uzunluğa tullanma yarışını da qalib başa vurub. Sonrakı yerləri Nicat Əsədov ("Neft Emalı Zavodu") və Zaur Məmmədov ("28 May NQÇİ") tutublar.

Yerindən tullanma idman növü zəhmətkeşlər arasında daha böyük maraq və coşquya səbəb olub. Burada qalib adını İlqar Həsənov (Azərkimya) qazanıb. Fərhad İmamquliyev ("Neft Kəmərləri") ikinci yerə, Elvin Yusifzadə ("28 May NQÇİ") üçüncü yerə sahib olublar.

Nüvə itələmə yarışında Elvin Cəfərov ("Heydər Əliyev adına NEZ"), Nəbiyev Telman ("Neft Daşları"), Fuad İsmayılov ("Neft Kəmərləri") müvafiq surətdə birinci, ikinci və üçüncü yerləri tutublar..

Qadınlar arasında 100 m məsafəyə qaçış yarışı da böyük coşqu ilə izlənilib. "Neft Kəmərləri”nin atleti Zərifə Məmmədova bu dəfə də hamıdan sürətli olub. "H.Əliyev adına NEZ”dən olan Ülviyyə Mustafayeva ikinci, Sevinc Həsənova ("Nəqliyyat İdarəsi") isə üçüncü yerə layiq görülüblər.

Zərifə Məmmədova uzunluğa tullanma yarışında da qızıl medal qazanıb. "H.Əliyev adına NEZ”in təmsilçiləri Zəminə Dadaşova və Lalə Bədəlova müvafiq olaraq ikinci, və üçüncü yerlərin tutublar.

"İnformasiya Texnologiyaları İdarəsi”nin əməkdaşı Arzu Qocayeva yerindən tullanma yarışında hamıdan yaxşı nəticə göstərib. Zərifə Məmmədova ("Neft Kəmərləri") gümüş, Mariya Şabanova ("Neft Emalı Zavodu") bürünc medal qazanıblar.

Qadınların nüvə itələmə yarışında Yeganə Mustafayeva birinci yerə sahib olub. Sonrakı yerləri Lalə Bədəlova və Təranə Hüseynova tutublar.

Ailə komandası yarışında Əsədovlar, Mirzəyevlər, Nəbiyevlər, Gəncəliyevlər, Xəlilovlar ailəsi qaliblər sırasında olublar.

Qadınlar arasında 25 m məsafəyə üzgüçülük yarışlarında Aysel Hüseynzadə ("Neft Kəmərləri") bütün rəqiblərini qabaqlayıb. Olqa Oknyova və Janna Kratsova mükafata layiq yerləri tutublar.

Bu növdə kişilər arasında keçirilən yarışda birinci yeri "Dalğıc Xilasetmə İdarəsi”ndən (DXEİ) olan Stanslav Baykov tutub. Rişat Zeynalov ("Heydər Əliyev adına NEZ") ikinci, Vyaçeslav Əsədullayev ("Abşeron NQÇİ") üçüncü yerə layiq görülüblər.

Bu gün isə Spartakiadanın digər növləri olan voleybol, stritbol və şahmat yarışlarına da start verilib. 

XXIV Spartakiada davam edirXXIV Spartakiada davam edirXXIV Spartakiada davam edirXXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir
XXIV Spartakiada davam edir