Xəbərlər


İslam Abbasov dünya çempionu oldu

Avqustun 30-da Fransanın Makon şəhərində start götürmüş gənc güləşçilərin dünya birinciliyi davam edir. Mötəbər turnirin ilk iki günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar.

"Neftçi İdman Klubu”nun yığma komandanın heyətində təmsil olunan yunan-Roma güləşçisi, 84 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov ilk görüşdə avstriyalı Lukas Stauvdaçer, dörddəbir finalda isə İran idmançısı Arman Yavar Alizadeh Abdevali üzərində qələbə qazanıb və yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı Vlas Dubrovinlə üz-üzə gələn güləşçimiz rəqibini məğlubiyyətə uğradaraq finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada İslam Abbasov Türkiyə təmsilçisi Ali Cengizlə görüşdən qalib ayrılıb və dünya çempionatının qızıl medalına sahib olub.

Qeyd edək ki, klubun millinin heyətində yer almış sərbəst güləşçiləri Mahir Əmiraslanov (60 kq) və Murad Süleymanov (74 kq) isə sentyabrın 3-4-də mübarizəyə qoşulacaqlar.

İslam Abbasov dünya çempionu olduİslam Abbasov dünya çempionu oldu