Uğurlar

Çempionlar

 

«Neftçi İdman Klubu» yaradıldığı gündən indiyədək burada təkcə respublikamızda deyil, keçmiş SSRİ-də, hətta Avropada və dünyada məşhur olan çoxlu sayda idmançılar yetişib. Bu idmançılar mütəmadi olaraq, beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil etmiş, Vətənə medallarla dönmüşlər. İdman aləmində özünəməxsus yeri olan məşhur futbolçular Anatoli Banişevski, Ələkbər Məmmədov, əfsanəvi voleybolçu İnna Rıskal, tanınmış güləşçi Arif Niftullayev, qılıncoynadan Süleyman Nəbiyev, boksçu Ağacan Abıyev, tennisçi Sergey Lixaçov, yüngül atlet Fərziyyə İsmayılova məhz bu klubun yetirmələridir. İstər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik qazandığımız illər ərzində klubun təmsilçiləri Azərbaycan idmanının tarixinə şanlı səhifələr yazmışlar. Olimpiya oyunları tarixində Azərbaycanın qazandığı yüksək nəticələrdə də «Neftçi İdman Klubu»nun idmançılarının böyük rolu vardır. Müxtəlif illərdə olimpiadaların qalib və mükafatçıları atlet Yuri Konovalov, beşnövçü Viktor Mineyev, voleybolçular İnna Rıskal və Vera Lantratova, sərbəst güləşçilər Namiq Abdullayev, Toğrul Əsgərov, yunan-Roma güləşçiləri Fərid Mansurov, Rövşən Bayramov, Vitali Rəhimov, cüdoçular Elnur Məmmədli, Mövlud Mirəliyev, boksçu Vüqar Ələkbərov, güllə atıcısı İradə Aşumova, yeniyetmələrin yay Olimpiya oyunlarının qalib və mükafatçıları yunan-Roma güləşçiləri Murad Bazarov, Elman Muxtarov, Cabbar Nəcəfov, sərbəst güləşçi İqbal Hacızadə, cüdoçular Natiq Qurbanlı, Leyla Əliyeva, taekvondoçu Səid Quliyev, ağırlıqqaldıran Nicat Rəhimov, boksçu Salman Əlizadə, atlet Nazim Babayev, paralimpiya oyunlarının qəhrəmanları Gündüz İsmayılov, İlham Zəkiyev, Oleq Panyutin, Zeyniddin Billalov, Yuriy Qornak, Aleksandr Polişuk, Yelena Taranova, Oluxan Musayev, Vüqar Mehdiyev, Tofiq Məmmədov, Kərim Sərdarov, Rza Osmanov, Ramin İbrahimov, Afaq Sultanova, Vladimir Zayets, Hüseyn Həsənov, Elçin Muradov da klubun yetirmələridir. Bundan əlavə, ayrı-ayrı idman növləri üzrə Avropa, dünya çempionatları və birinciliklərinin, kuboklarının qalib və mükafatçıları Elxan Məmmədov, Mehman Əzizov, Nicat Şıxəlizadə, Kifayət Qasımova, Elman Əsgərov, Ruslan Xairov, Yelena Jemayeva, Teymur Rəcəbov, Eltac Səfərli, Vüqar Həşimov, Vasif Durarbəyli, Janna Muradqızı, Ramil Quliyev, Aliyə Qarayeva, İntiqam Zairov, Həsən Əliyev, İlqar Müşkiyev, Rəsul Çunayev, Hacı Əliyev, Murad Bazarov, Elman Muxtarov, Samir Məmmədov, Murad Məmmədov, İslam Abbasov, Orxan Nuriyev, Ruhin Mikayılov, Mircəlal Həsənzadə, Səbirə Əliyeva və onlarla bu kimi idmançıların da adını fərəhlə sadalamaq olar.

ÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlarÇempionlar
Çempionlar
Çempionlar
Çempionlar
Çempionlar
Çempionlar