Struktur


Qurum idman təşkilatı olduğundan bu sahəyə daha çox önəm verilib. Belə ki, neft, qaz və kimya sənayesi işçiləri arasında müxtəlif idman tədbirlərinin lazımi qaydalara uyğun olaraq keçirilməsi məqsədilə kütləvi bədən tərbiyəsi sektoru, yüksək səviyyəli peşəkar idmançıların hazırlanması məqsədilə isə yüksək idman ustalığı sektoru yaradılıb. Bununla bərabər, hər iki istiqamətdə görülən işlərin mətbuatda işıqlandırılması məqsədilə mətbuat xidməti sektoru fəaliyyət göstərir. Digər sektorlar da quruma faydalılığı ilə seçilən bu istiqamətdə öz işlərini davam etdirirlər.