Klub haqqında


 

Hal-hazırda "Neftçi İdman Klubu”nun strukturunda 4 idman qurğusu fəaliyyət göstərir. Bu qurğularda idmanın 30 növü üzrə 81 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gəncə, eləcə də neftçilərə xidmət göstərirlər.  Bundan əlavə, Yüksək Liqada futzal və voleybol, Birinci Divizionda isə "Qaradağ Lökbatan" futbol komandalarımız mübarizə aparır. Klubun nəzdində fəaliyyət göstərən Uşaq Futbol Məktəbində isə 300-dən artıq uşaq futbolun sirlərinə yiyələnir. 

Klubda son dövrlər işləri daha düzgün və müasir formada qurmaq məqsədilə istər idarəetmə aparatında, istərsə də idman növləri üzrə müxtəlif sektorlar yaradılıb. Bu da qazanılan nailiyyətlərin artmasında öz sözünü deməkdədir. 

Qazandığı yüksək nailiyyətlər sayəsində klub Gənclər və İdman Nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə "İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Bu göstəricilər "Neftçi İdman Klubu”nun ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.