İnfrastruktur

İdman qurğuları

 

Hal-hazırda «Neftçi İdman Klubu»nun strukturunda 12 idman qurğusu fəaliyyət göstərir: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, İsmət Qayıbov adına Təlim-İdman Bazası, Təlim-Məşq Kompleksi, «Məşəl» İdman Kompleksi, Pirallahı stadionu və idman zalı, "Qaradağ” təlim-idman kompleksi, Siyəzən, Şirvan, Neftçala stadionları, İdman zalı kompleksi, Sumqayıt İdman Zalı Kompleksi və Sumqayıt Təlim-İdman Zalı. Bu idman qurğularında idmanın 36 növü üzrə 169 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gənclərə, eləcə də neftçilərə xidmət göstərirlər. Həmin obyektlər hər zaman ölkəmizdə bədən tərbiyəsi və idmanın təbliğində, eləcə də inkişafında əhəmiyyətli rol oynayıb. Bu qurğularda mütəmadi olaraq, neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil olunması, sağlamlıqlarının qorunması məqsədilə onlara müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətləri göstərilir. Eyni zamanda, həmin obyektlərdə peşəkar idmançı olmaq istəyən minlərlə yeniyetmə və gəncə idmanın sirləri öyrədilir.

 

Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi
Bakı şəhəri, Suraxanı rayonu,
Səttar Bəhlulzadə küçəsi, 24

 

İsmət Qayıbov adına Təlim-İdman Bazası
Bakı şəhəri, Sabunçu rayonu,
Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, 2A

 

Qaradağ Təlim-İdman Bazası
Bakı şəhəri, Qaradağ rayonu,
Lökbatan qəsəbəsi, 28 May küçəsi

 

«Məşəl» İdman Kompleksi
Bakı şəhəri,
H.Əliyev adına Neft Emalı Zavodu

 

Siyəzən stadionu
Siyəzən şəhəri, Babək küçəsi

 

Pirallahı stadionu
Pirallahı rayonu, S.Vurğun küçəsi, 50

 

Şirvan stadionu
Şirvan şəhəri,
Energetik küçəsi

 

Təlim-Məşq Kompleksi
Bakı şəhəri, Xətai rayonu,
Nobel prospekti, 64

 

İdman Zalı Kompleksi
Bakı şəhəri, Xətai rayonu,
Nobel prospekti, 64

 

Neftçala stadionu
Neftçala şəhəri,
7-ci məhəllə

 

Sumqayıt İdman Zalı Kompleksi
Sumqayıt şəhəri,
Səməd Vurğun, 86

 

Sumqayıt Təlim-İdman Zalı
Sumqayıt şəhəri,
22-ci məhəllə